Yaxın Şərqdə müharibə tam başa çatmayıb - Makron

08:16 19.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransa Prezidenti Emmanuel Makron ABŞ və İran arasında imzalanmış anlaşma memorandumunu müsbət qiymətləndirsə də, Yaxın Şərqdə müharibənin tam başa çatdığını söyləməyin hələ tez olduğunu bildirib.

Hafta.az xəbər verir ki, Makron bu barədə “France 2” telekanalına müsahibəsində danışıb.

Makronun fikrincə, xüsusilə eskalasiya riski mövcud olduğu vaxtlarda mübarizə aparmaqdansa, razılığa gəlmək həmişə daha yaxşıdır:

"Biz əməkdaşlıq və dialoq mərhələsinə qədəm qoyuruq ki, bu da müharibədən daha yaxşıdır. Bununla belə, münaqişənin “tamamilə başa çatdığını” demək üçün hələ əsas yoxdur. İran nüvə silahına sahib olmamalı və ballistik raket potensialını inkişaf etdirməməlidir. Əldə olunan razılaşma regionda yeni siyasi mərhələnin başlanğıcı üçün şərait yarada biləcək".